Maska tələbi aradan qaldırıldı: “Gülümsəməyi unudan” yaponlar mütəxəssislərə müraciət edibbackend

Maska tələbi aradan qaldırıldı: “Gülümsəməyi unudan” yaponlar mütəxəssislərə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVİD-19 epidemiyasına qədərki üç il ərzində Yaponiyada maskalar məcburi olduğu halda, bəzi yaponlar qaydalar qaldırıldıqdan sonra “yenidən gülümsəməyi öyrənmək” üçün mütəxəssislərə müraciət edib.

Editor.az “The Guardian”da yer alan məlumatlara istinadən xəbər verir ki, Yaponiyada insanlar yenidən maskasız həyata alışmağa çalışır. Bildirilir ki, bəzi yaponlar ictimaiyyət qarşısında gülümsəməyi unutduqları üçün mütəxəssislərə müraciət edirlər.

Təbəssüm təlimi üzrə ekspertlərdən biri Keiko Kawano bu barədə bəzi nüanslara toxunub: “Maska taxmaq normaya çevriləndə insanlar ictimai yerlərdə gülümsəməyə çəkinirdilər. Bəziləri bunu etmək üçün hətta mübarizə aparmağa başladı. Üz əzələlərini hərəkət etdirmək və rahatlaşdırmaq gözəl bir təbəssümün açarıdır”.

Təlim iştirakçıları əllərində güzgülərlə məşq edərək yenidən rahat gülümsəməyə alışmağa çalışıblar. Mütəxəssislər fevral ayında maska ​​tələblərinin götürülməsi ilə bu məsələ ilə bağlı onlara müraciət edənlərin sayının 4,5 dəfə artdığını bildiriblər.

//Gülnarə Abasova, Editor.az