Milyarder İlon Mask iyul ayında Tramp üçün işləyən komitəyə ianə verməyə başlayacağını bildirib.
Editor.az bu barədə Wall Street Journal-a istinadla xəbər verir.
Xəbərdə iddia edilir ki, Trampın prezidentliyə namizədliyini dəstəkləyən Musk, Trampı dəstəkləyən siyasi fəaliyyət komitələrindən biri olan America PAC-a ayda təxminən 45 milyon dollar ianə etməyi planlaşdırır. Digər tərəfdən qrupun 15 iyulda 8 milyon dollardan çox ianə topladığını göstərən sənəddə Maskın adının yer almadığı və Maskın sözügedən WSJ xəbərləri ilə bağlı yumoristik paylaşımının şərh edildiyi bildirilir.
Qeyd edək ki, məlumata görə, America PAC adlanan qrupun digər dəstəkçiləri arasında Palantir Technologies məlumatların öyrənilməsi və nəzarəti şirkətinin həmtəsisçisi Co Lonsdeyl, investorlar Winklevoss əkizləri, ABŞ-ın Kanadadakı keçmiş səfiri Kelli Kraft və kömür istehsalçısı Alliance Resource-un baş direktoru əri Co da var.
//Gülnarə Abasova, Editor.az

