Massimiliano Alleqri: “Kubok üçün hər şeyi edəcəyik”backend

Massimiliano Alleqri: “Kubok üçün hər şeyi edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya kubokunun finalında “İnter” “Yuvenstus”la üz-üzə gələcək. Editor.az “sporx” a istinadən xəbər verir ki, oyundan öncə “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

“İtaliya kuboku ayrı vaxtda “Yuventus” üçün tortun üstündəki çiyələk kimi idi. Ancaq indi tortun özüdür. Bu səbəbdən bu kuboku muzeyimizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümə çox pis başladıq. Uzun bir marafon keçdik. Hər zaman UEFA Çempionlar Liqası üçün oynadıq. Bundan sonra da bu məqsəd üçün oynayacağıq”, -deyə “Yuventus”un baş məşqçisi bildirib.

Qeyd edək ki, 14 dəfə İtaliya kubokuna sahib olan “Yuventus” bu kuboku muzeyinə ən çox aparan İtaliya təmsilçisidir. Onların rəqibi isə kuboka cəmi yeddi dəfə sahib ola bilib. Qarşılaşma bu gün Bakı vaxtı ilə 23:00-da “Roma Olimpia Stadionu”nda baş tutacaq.

//Nəzərbəy, Editor.az