Maştağada evləri su basdı: Uçma təhlükəsi yarandıbackend

Maştağada evləri su basdı: Uçma təhlükəsi yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Maştağa qəsəbəsində bir çox evi su basıb.

Xezerxeber.az-ın məlumatına görə, su həyətyanı sahələrdə bataqlıq əmələ gətirib.

Sadıqcan küçəsi, 213 ünvanında yaşayan sakinlər bildiriblər ki, artıq 1 aydan çoxdur evləri bilinməyən səbəbdən suya qərq olub.

Onların sözlərinə görə, artıq suyun dayanmadan artması evlərinə ciddi zərər vurur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, əraziyə qəza xidməti göndərilib və yerində araşdırma aparılıb. Qeyd olunan ünvanda Xidmətə aid içməli su şəbəkəsi mövcud deyil.

Əraziyə toplanan qrunt sularıdır.

Ətraflı süjetdə: