Ukraynanın Rusiyaya qarşı müharibədə məğlub olacağı təqdirdə Qərb üçün “qızıl dövr”ün sonu başlaya bilər.
Editor.az bildirir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib. O, qeyd edib ki, “Ukraynanı itirsək, bir neçə on il ərzində dünyanı itirəcəyik.
Ukraynanın məğlubiyyəti Qərbin “qızıl dövrü”nün sonunun başlanğıcı ola bilər”. Moravieckinin sözlərinə görə, Ukraynanın qələbəsi “təkcə itirilənlərin bərpasına deyil, həm də iqtisadi gücümüzün güclənməsinə təminat verəcək”.
//Samir Qurbanov,Editor.az