Matviyenko: Rusiyanı kənardan təcrid etmək mümkün deyilbackend

Matviyenko: Rusiyanı kənardan təcrid etmək mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanı kənardan təcrid etmək mümkün deyil”.

Editor.az xəbər verir ki, bunu Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Bizi təcrid etməyə çalışanlar indi bunu görür, bilir və başa düşürlər. Rusiya dünya iqtisadiyyatının, enerji təhlükəsizliyinin və dünyada sabitliyin bir parçasıdır. Ölkə dünya miqyasında sayılıb-seçilən sənətçi, yazıçı, bəstəkar və musiqiçiləri dünyaya gətirib və heç kim özünü ondan təcrid etməyi ağlına belə gətirmir”,-deyə o bildirib.

Ölkə konstitusiyasının vətəndaşların hüquqlarını qoruduğunu deyən Matviyenko Rusiyanın bəzi beynəlxalq müqavilələrdən çıxmasının vətəndaşlara heç bir zərər verməyəcəyini qeyd edib. Şura sədri ölkənin suverenliyinə qarşı hücumlara son qoymaq üçün bəzi razılaşmalardan geri çəkilməli olduğunu bəyan edib.

//Gülnarə Abasova, Editor.az