Rusiya Moldova üçün qeyri-sabitlik mənbəyi olaraq qalır.
Editor.az xəbər verir ki, bunu Moldava prezidenti Maya Sandu avqustun 16-da ölkənin Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Moldova səfirləri ilə təşkil etdiyi iclasda deyib.
“Rusiya bizim üçün qeyri-sabitlik mənbəyi olmaqda davam edəcək. Siz gördünüz ki, bu il Rusiya qüvvələri Moldovada vəziyyətin sabitliyini pozmağa, hətta konstitusiya hökumətini devirməyə cəhd etmək həddinə çatmağa çalışdılar.
Lakin bizim bəxtimiz gətirdi. Rumıniyanın Moldovanı dəstəkləməsi bizim xarici siyasətimizin mühüm ifadəsidir”, – deyə prezident bildirib. Onun sözlərinə görə, Moldovanı “təhlükəsizlik faktoru” kimi təmsil etmək vacibdir. “Hər kəsin ölkəmizə etibar etməsi üçün Moldovanın regionda və qitədə təhlükəsizlik təminatçısı kimi mövqeyini gücləndirmək çox vacibdir”, – Sandu vurğulayıb.
//Samir Qurbanov, Editor.az