Mayın 5-də Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri İstanbulda bir araya gələcəkbackend

Mayın 5-də Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri İstanbulda bir araya gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri sabah, mayın 5-də İstanbulda taxıl müqaviləsini müzakirə etmək üçün görüşəcək.

Editor.az xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Bir gün əvvəl “Reuters” xəbər vermişdi ki, sazişin bütün tərəflərinin iştirakı ilə “taxıl sazişi” üzrə danışıqlar mayın 3-ə planlaşdırılır. Lakin Rusiya Xarici İşlər Nazirliyi də bunu təsdiqləməyib.

“Cümə günü, mayın 5-də Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri İstanbulda görüşməyi planlaşdırırlar (taxıl müqaviləsini müzakirə etmək üçün). Deyə bilərik ki, tərəflər müqavilələrin müddətini uzatmağa hazırdırlar. Biz bu təşəbbüsün problemsiz uzadılmasını istəyirik”, – deyə cənab Akar bildirib. Rusiya Xarici İşlər Nazirliyi məlumatı təsdiqləməyib. “Məsələ razılaşdırılmayıb”, – Rusiya tərəfi bildirib.

  //Samir Qurbanov,Editor.az