Avropanın xarici işlər nazirləri mayın 9-da Kiyevdə görüşməyi planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot LCI telekanalında bildirib. Jurnalistin İkinci Dünya Müharibəsinin bitməsinin ildönümünü qeyd etmək üçün Moskvada keçiriləcək və Rusiya prezidenti Vladimir Putinin müttəfiqlərini çağırdığı tədbirlərdən fərqli olaraq, mayın 9-da Kiyevdə tədbirlər planlaşdırıb- planlaşdırmadıqları ilə bağlı sualına Barro müsbət cavab verib və Ukraynaya səfərini elan edib.
“Avropa xarici işlər nazirləri mayın 9-da Kiyevdə görüşəcək. Ona görə də mən mütləq orada olacağam, unutmayacağam ki, mayın 9-da biz daha bir mühüm hadisəni qeyd edəcəyik”, – Barro bildirib.
O, “Avropa Günü”nün ona görə nəzərdə tutulduğunu izah edib ki, 1950-ci il mayın 9-da Fransanın xarici işlər naziri Robert Şuman Avropa İttifaqının yaradılması üçün konseptual əsas verdiyi güman edilən bəyanatla çıxış edib.
//Samir Qurbanov, Editor.az