ABŞ-ın keçmiş dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Mayk Pompeo Co Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına görə 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarının təkrarlanması riskinin böyük olduğunu bildirib.
Editor.az xəbər verir ki, o, bu barədə “Cats Roundtable” radiosunda danışıb.
“Biz 20 il əvvəl Nyu-Yorkda olduğu kimi, yenə də hücuma məruz qala bilərik… Həmin hadisədən bir il sonra hamı öz gözləri ilə amerikalıların arxada olduğunu gördü. On üç amerikalı öldü. Biz quyruğumuzı qısdırıb bu ölkədən qaçanda əfqanlar Amerika təyyarələrindən yapışdılar”, – Pompeo bildirib.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılaraq onları tamamilə dağıtmışdı.
Bundan əvvəl ABŞ lideri Co Bayden Konqresə Əfqanıstanı NATO xaricində ABŞ-ın əsas müttəfiqi statusundan məhrum etmək planı barədə məlumatlandırıb.
//Samir, Editor.az

