Maykl Makkal: Ağ ev Kiyevə ATACMS raketləri və “F-16”-ın verilməsi ilə bağlı yekun qərara gəlməyib
Vaşinqtonun hakimiyyəti Kiyevə Ukrayna hakimiyyətinin tələb etdiyi daha uzun mənzilli ATACMS raketləri və “F-16” qırıcıları göndərməyə meyllidir.
Editor.az bildirir ki, bu barədə “Reuters”ə Kiyevdə respublikaçı konqresmen Maykl Makkal deyib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Şurası və Co Bayden administrasiyası hələlik “F-16” qırıcılarına və uzun mənzilli ATACMS raketlərinə ümid bəsləyən Ukraynaya “hansı silahların və nə qədər sürətlə” çatdırılması ilə bağlı ortaq fikrə gəlməyiblər.
Lakin artilleriya və aviasiya dəstəyində (köçürülmədə) artım var. Makkal bildirib ki, görüş zamanı Ukrayna prezidenti Volodimir Zelenski ona lazım olan silahların siyahısını verib ki, həmin siyahıda İran pilotsuz təyyarələrini məhv etmək üçün “Krıma çata” bilən “F-16” qırıcıları və ATACMS raket sistemləri var.
//Samir Qubanov, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!