Mbappe İngiltərənin 500 milyon avroluq təklifini rədd edibbackend

Mbappe İngiltərənin 500 milyon avroluq təklifini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin fransız futbolçusu Kilian Mbappe Real Madrid ilə müqavilə imzalamadan bir həftə əvvəl İngiltərənin “Mançester Yunayted” klubunun təklifini rədd edib.

Editor.az bu barədə OK Diario-ya istinadla xəbər verir.

Mbappeyə 500 milyon avroluq müqavilədən əlavə, 200 milyon avro imza bonusu da təklif olunub. “Mançester Yunayted” İngiltərə Premyer Liqasının (APL) turnir cədvəlində altıncı yerdədir. Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun “Real Madrid”lə anlaşmasını artıq təsdiqlədiyini bildirib. Nəticədə İspaniya klubuna səs-küylü transfer heç vaxt baş tutmadı.

İspaniya mətbuatının yazdığına görə, Los Blancos düşərgəsinə köçmək üçün ikinci cəhd gələn ilin yayında uğurlu ola bilər. Fransa çempionatının cari mövsümündə Mbappe 21 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib. Parislilər hazırda Liqa 1 turnir cədvəlində birinci yerdədir.

//Gülnarə Abasova, Editor.az