Mbappe: Messi Fransada layiq olduğu hörməti görmədibackend

Mbappe: Messi Fransada layiq olduğu hörməti görmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris Saint-Germain-in fransız futbolçusu Kilian Mbappe karyerasını “İnter Mayami”də davam etdirəcək argentinalı hücumçu Lionel Messi haqqında danışıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, futbol tarixinin ən böyük oyunçularından biri Messinin  Fransada layiq olduğu hörməti görmədiyini deyib.

Messi son iki mövsümü “Barselona”dan köçdüyü PSJ-də keçirib. O, parislilərlə birlikdə ikiqat Fransa çempionu və ölkə Superkubokunun sahibi olub. Xatırladaq ki, argentinalı mayın 7-də İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemə məxsus Amerikanın “İnter Mayami” klubu ilə müqavilə imzaladığını açıqlamışdı. Üç illik müqavilənin rəsmi olaraq iyulun 1-də imzalanacağı gözlənilir. Daha əvvəl Lionel Messi karyerası boyu meydanda özünü ən rahat hiss etdiyi futbolçuları açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az