Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsini buraxa bilərbackend

Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsini buraxa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa yığmasının kapitanı Kilian Mbappe zədə səbəbindən 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edə bilməyə bilər.

Editor.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

“Real Madrid” klubunun hücumçusu Azərbaycan (10 oktyabr) və İslandiya (13 oktyabr) yığmaları ilə qarşılaşmalar öncəsi artıq ikinci gün ardıcıl olaraq millinin məşqini buraxıb.

Mbappe oktyabrın 5-də “Vilyarreal”la keçirilən La Liqa matçında 81-ci dəqiqədə qol vurduqdan sonra topuğunun əzilməsi diaqnozu ilə meydanı vaxtından əvvəl tərk edib.

26 yaşlı futbolçu cari mövsümdə həm klub, həm də milli komandanın heyətində ümumilikdə 12 oyunda 16 qol vurub.

Mbappe ilə yanaşı, “Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate də Fransa millisinin son məşqində iştirak etməyib. Baş məşqçi Didye Deşam və onun köməkçiləri əsas oyunçuların bərpa prosesi uzandığı təqdirdə əvəzedici heyət variantlarını nəzərdən keçirirlər.

//Gülnarə Abasova, Editor.az