“McDonald’s Azerbaijan”ın humanitar yardımı Bərdə, Ağcabədi və Tərtərdəki ailələrə çatdırılacaq – FOTO/VİDEObackend

“McDonald’s Azerbaijan”ın humanitar yardımı Bərdə, Ağcabədi və Tərtərdəki ailələrə çatdırılacaq – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“McDonald’s Azerbaijan” Ağcabədidəki ehtiyacı olan, eləcə də, Bərdədəki müharibədən zərər çəkmiş ailələrə humanitar yardımların çatdırılmasını təşkil edib.

Yaxın günlərdə Tərtər şəhərinə də yardım göndərilməsi planlaşdırılır.

Bu çətin dövrdə xüsusi dəstəyə ehtiyacı olan yüzlərlə ailə qida, geyim və daha çox tələb olunan gigiyenik vasitələrdən ibarət humanitar paketlər aldı.

Qeyd edək ki, bu, “McDonald’s Azerbaijan” tərəfindən təşkil olunan ilk xeyriyyə tədbiri deyil.

20 ildən çoxdur ki, şirkət uşaq evləri, tibbi yardım fondları, idman tədbirləri, eləcə də, COVID-19 pandemiyası dövründə karantinə alınan on minlərlə insanı və səhiyyə işçilərini yeməklə təmin etməklə bağlı bir çox xeyriyyə tədbiri keçirib.

“McDonald’s Azerbaijan” rəsmi olaraq bu məlumatlara münasibət bildirmədi, yalnız xeyriyyəçilik aksiyalarının şirkətin korporativ sosial məsuliyyət siyasətinin bir hissəsi olduğunu qeyd etdi.

“McDonald’s Azerbaijan” şirkətin “Birlikdə Kömək edək” (Birlikdə Dəstək) sosial aksiyası çərçivəsində xeyriyyəçilik fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir”, – deyə şirkətdən bildirdilər.