“McDonald’s” yeni sahibi və yeni adı ilə Moskvada yenidən fəaliyyətə başlayıbbackend

“McDonald’s” yeni sahibi və yeni adı ilə Moskvada yenidən fəaliyyətə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“McDonald’s” yeni sahibi və yeni adı ilə Moskvada yenidən fəaliyyətə başlayıb.

Editor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bazar günü “Vkusno & tochka” adı ilə fəaliyyətə başlayan restoranın qarşısında növbə yaranıb.

Xatırladaq ki, “McDonald’s” Ukrayna müharibəsi başlayandan bəri yaşanan “humanitar böhran” və ölkədəki “gözlənilməz iş mühitini” əsas gətirərək mart ayında Rusiyadakı fəaliyyətini dayandırıb və ölkədə 850-yə yaxın restoranını satacağını açıqlamışdı. Məlum olub ki, mayın 19-da Rusiya restoranlar şəbəkəsinin yeni sahibi Novokuznetskdən olan sahibkar Aleksandr Qovor olub.

Qovor  restoranlardan 200-nün iyunda yeni adla açılacağını bildirib.

//Gülnarə Abasova, Editor.az