“McDonalds Azərbaycan”ın yüz minlərlə vergi borcu var… – Fotofaktbackend

“McDonalds Azərbaycan”ın yüz minlərlə vergi borcu var… – Fotofakt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı restoranlar şəbəkəsindən biri olan “McDonalds”un Azərbaycandakı təmsilçisi – “McDonalds Azərbaycan” QSC-nin dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu günə (03.10.2022-ci il) olan məlumata görə “McDonalds Azərbaycan” QSC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 256 min 754 manat vergi borcu var.

Onu da bildirək ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti də “McDonalds Azərbaycan” QSC barəsində məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilib.

Qeyd edək ki, “McDonalds Azərbaycan” QSC 01.03.1999-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 340-da yerləşən QSC-nin nizamnamə kapitalı 2 milyon 845 min manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir.

 Fotoları təqdim edirik