MDB ölkələrindən Rusiya ilə ticarət dövriyyəsi yüksək olub – SİYAHIbackend

MDB ölkələrindən Rusiya ilə ticarət dövriyyəsi yüksək olub – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla MDB ölkələri üzrə ən çox ticarət dövriyyəsinə sahib ölkə Rusiyadır.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu ilin 9 ayı ərzində Azərbaycandan Rusiyaya 499,8 milyon dollar dəyərində məhsul ixrac edilib. Ölkədən Azərbaycana isə 1 milyard 439,4 milyon dollar həcmində məhsul idxal edilib.

Ticarət dövriyyəsinə görə daha sonra Ukrayna gəlir ki, Azərbaycandan ölkəyə ixrac edilən məhsulların ümumi dəyəri 280,5 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 309,8 milyon dollar olub.

Belə ki, Belarusa ixrac edilən məhsulların ümumi dəyəri 130,9 milyon dollar, ölkədən ixdal edilən məhsulların dəyəri isə 82,5 milyon dollar olub.

Həmçinin, Qazaxıstana ixrac edilən məhsulların dəyəri 19,9 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 57,1 milyon ABŞ dollarını təşkil edib.

Eləcə də, Türkmənistana ixrac edilən məhsulların dəyəri 12,6 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 50,1 milyon dollar olub.

Qrafikdə digər MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələri ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi əks olunub: