MDB sammitində Putinlə Paşinyan arasında mübahisə düşdübackend

MDB sammitində Putinlə Paşinyan arasında mübahisə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammitində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Rusiya və Ermənistan arasındakı ticarət dövriyyəsinin real həcmləri barədə açıq mübahisə yaranıb.

Oxu.Az xəbər verir ki, liderlərin dialoqu “Rossiya 24” telekanalının efirində yayımlanıb.

“İndi bizim Ermənistanla ticarət dövriyyəmiz nə qədərdir?”, – deyə Putin Paşinyandan soruşub.

Paşinyan qeyd edib ki, ticarət dövriyyəsi 2025-ci ildə dörd milyard dollar təşkil edib, keçən il isə təqribən doqquz milyard dollar olub.

“Daha çox. Keçən il daha çox idi. Bu il də daha çox olacaq”, – deyə Putin cavab verib.

Paşinyan razılaşaraq, “Yaxşı, ola bilər” deyib.

“Aydındır. Bu, sadəcə açıq-aşkardır. Amma vacib deyil”, – deyə Rusiya prezidenti yekunlaşdırıb.

Ermənistanın baş naziri ticarət dövriyyəsinin artımının açıq-aşkar olduğunu etiraf edib. Rusiya prezidenti iki ölkə arasında iqtisadi əməkdaşlığın göstəricilərinin daha əhəmiyyətli olduğunda israr edib.