Məclisdən qoruğa, qoruqdan məclisə… – Şahin Seyidzadə deputatlığa namizəd olubbackend

Məclisdən qoruğa, qoruqdan məclisə… – Şahin Seyidzadə deputatlığa namizəd olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
VI çağırış Milli Məclisə 50 saylı Qobustan-Abşeron seçki dairəsindən deputat seçilmiş, 2023-cü il martın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş Şahin Seyidzadə yenidən parlamentə qayıdır.
Bu barədə AzPolitika-ya məlumatlı mənbələrdən informasiya daxil olub.
Qeyd olunur ki, bitərəf Ş.Seyidzadə namizədliyini yeni dislokasiyada Abşeron və Qubustan rayonunun kəndlərini əhat edən seçki dairəsindən irəli sürüb.
Cəmi 16-17 ay əvvəl parlamentdən “İşərişəhər” qoruğuna rəhbər göndərilən Seyidzadənin yenidən Məclisə qayıtmaq istəyi maraq doğurur. Böyük ehtimalla, bu, ona etimad olunan mühüm postda özünü doğrultmaması ilə bağlıdır. Lakin bir başqa ehtimala görə, Ş.Seyidzadə Milli Məclis rəhbərliyində post tutmaq üçün geri qaytarılır.