“Med Center” klinikası 8 min manat cərimə olundubackend

“Med Center” klinikası 8 min manat cərimə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Med Center” MMC barəsində cərimə protokolu yazılıb.
Tribunainfo.azxəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan maddəsinin tələbini pozub. Klinika sertifikasiya imtahanından keçməyən, imtahandan kəsilən tibb işçiləri ilə çalışdığı üçün cərimələənəcək.

Belə ki, tələbi pozulan 215.4-cü maddəyə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinikanın işinə 5 mart tarixində Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.