Polşanın Sileziya əyalətində kömür mədənlərinin birində səhər saatlarında metan qazının sıxılması nəticəsində partlayış baş verib.
Editor.az-ın İHA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə zamanı 3 işçi həyatını itirib, 20-si isə yaralanıb.
Hadisədən dərhal sonra hadisə yerinə xilas etmə qrupları göndərilib. İtkin düşən 7 nəfərin tapılması üçün axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, partlayışın baş verdiyi mədənin “JSW Energy Mining” şirkətinin nəznində fəaliyyət göstərdiyi bildirilir.
//Editor.az

