Mədəniyyət İdarəsinin “nəqliyyatçı” rəisi MƏHKƏMƏYƏ VERİLDİbackend

Mədəniyyət İdarəsinin “nəqliyyatçı” rəisi MƏHKƏMƏYƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi İbrahim Əliyev məhkəməyə verilib.

Rəislə bağlı məhkəməyə qurumun keçmiş əməkdaşı Şahverdiyev İlham Ağadadaş oğlu müraciət edib.

O, məhkəmədə idarə rəhbərliyi barəsində “əmək mübahisələri – işə bərpa” olunmaqla bağlı iddia qaldırıb.

 

İşə Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İbrahim Əliyev bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsində çalışıb.(Qaynarinfo)