Mədəniyyət naziri Səudiyyə Ərəbistanı səfiri ilə görüşübackend

Mədəniyyət naziri Səudiyyə Ərəbistanı səfiri ilə görüşü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət naziri Adil Kərimli dekabrın 26-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Nazirlikdən verilən xəbərə görə, söhbət zamanı ikitərəfli münasibətlərin və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsindən məmnunluq ifadə edilib, əlamətdar il ərzində təşkil olunacaq tədbirlər barədə söhbət açılıb.

Nazir Səudiyyə Ərəbistanının “Bakı Prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna, həmişə olduğu kimi, yenə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.