MEDİA Agentliyinin sahəyə peşəkar yanaşması hiss olunurbackend

MEDİA Agentliyinin sahəyə peşəkar yanaşması hiss olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda media sektorundakı problemlərin həlli üçün çoxşaxəli işə ehtiyac var. Bu mənada MEDİA Agentliyinin də üzərinə böyük məsuliyyət düşür. Yəqin elə bu səbəbdəndir ki, agentlik ard-arda həm yazılı, həm elektron media, həm də, jurnalistlər üçün müsabiqələr elan edir”.

Bu sözləri Editor.az-a açıqlamasında əməkdar jurnalist İlham Quliyev deyib

İlham Quliyev bildirib ki, bu müsabiqələrin şərtləri ilə tanış olduqda agentliyin bu sahəyə peşəkar yanaşma ortaya qoymağa çalışdığı hiss olunur. MEDİA internet resursları üçün elan etdiyi müsabiqə ilə dövlətin medianın bu sektoruna da önəm verdiyini ortaya qoymuş olur:

“Bu addımların mediada hansısa keyfiyyət dəyişikliyinə səbəb olacağına gəlincə, dəyişikliklər əlbəttə ki, olacaq. Şərtlər elə formalaşdırıb ki, müsabiqədə iştirak etmək istəyən sayt bəzi tələbləri qarşılamaq məcburiyyətində qalacaq. Məsələn, redaksiyası olacaq, rəsmi əmək müqaviləsi imzaladığı əməkdaşları olacaq, onlara müsabiqə şərtlərində müəyyənləşdirilən minimum əmək haqqını verməli olacaq. Bütün bunlar internet media resurslarının təşkilatlanmasını sürətləndirəcək, şirkətləşmə meyillərini artıracaq. Etiraf etmək lazımdır ki, bizim saytların bu sahədə böyük boşluqları var”.

Onun sözlərinə görə, jurnalistlər üçün elan edilən fərdi yazı müsabiqəsinin şərtləri də həmkarlarımızı ancaq müsabiqə üçün yazı hazırlayarkən deyil, daim formada olmağa sövq edəcək:” Çünki şərtlər elədir ki, jurnalist müsabiqə elan edilənə qədər olan 3 ay müddətində yazdığı yazıları təqdim etməlidir. Daha müsabiqə üçün ayrıca yazı hazırlamağa ehtiyac qalmayacaq. Şərtlər həm də jurnalisti konkret mövzulara istiqamətləndirmir, janrlar üzrə ən yaxşıları qiymətləndirməyi hədəfləyir. Bu, istər-istəməz həmkarlarımızı daha yaxşı məqalələr yazmağa həvəsləndirəcək. Amma ümumilikdə jurnalistikada keyfiyyət dəyişikliyi təkcə MEDİA Agentliyinin layihələri ilə bağlı olmamalıdır. Bu istiqamətdə daha böyük miqyasda işlər aparılmalı və günün reallıqlarına uyğunlaşdırılmalıdır”.

//Gülnarə Abasova, Editor.az