“Media da FETÖ-çülərin əlindən qan ağlayır” – Aqil Abbasbackend

“Media da FETÖ-çülərin əlindən qan ağlayır” – Aqil Abbas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub”.

Editor.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Söyüdlüdə camaatı küçəyə çıxaran da, polisə qaz sıxdıran da eyni əldir: “FETÖ-çülər meydan sulayır. Media adamıyam, mən media adına danışıram. Media da FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını Söyüdlüyə göndərən əli tapmaq lazımdır”.

 

Deputat Gədəbəy İcra Hakimiyyətinin başçısı və bələdiyyə sədrini də tənqid edib: “Onlar niyə hiss etməyib ki, Gədəbəydə belə təxribat hazırlanır?! Niyə gedib vətəndaşlarla işləməyiblər? Necə olur ki, iki nəfər Rusiyadan gəlib o aksiyanı planlaşdırıb? İcra Hakimiyyətinin işçiləri hara baxırdı?! Hazırda Azərbaycanda polisi nüfuzdan salmağa çalışırlar. Bu yolverilməzdir. Polis ölkənin onurğa sütunudur”.