MEDİA-nın İcraçı direktorunun müavini gənc jurnalistlərə çağırış edibbackend

MEDİA-nın İcraçı direktorunun müavini gənc jurnalistlərə çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli gənc jurnalistlərə çağırış edərək hər zaman həqiqəti çatdırmaq üçün mübarizə aparmalarını arzulayıb.

Editor.az xəbər verir ki, N.Məmmədli bu barədə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.

O qeyd edib ki, Azərbaycan jurnalistikası uzun və çətin yoldan keçib:

“Əgər insanlar medianın papirusdan kompüterə təkamülünü bacarıbsa, bundan sonra da ən yüksək səviyyədə inkişafına nail ola bilərik. Jurnalist olmaq istəyən və gənc jurnalist olanlara demək istəyirəm ki, rəqəmsal dövrdə mediada həqiqəti yaymaq, dezinformasiyadan yayınmaq sizlər üçün əsas prioritet olsun”.