Media: Rusiyada tələbələrin orduya yönləndirilməsi ilə bağlı göstəriş verildiyi iddia olunurbackend

Media: Rusiyada tələbələrin orduya yönləndirilməsi ilə bağlı göstəriş verildiyi iddia olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ali təhsil müəssisələrinə tələbələrin hərbi xidmətə yönləndirilməsi ilə bağlı göstəriş verildiyi iddia olunur. Bu barədə The Times nəşri rusiyalı müxalif jurnalist Farida Rustamova-ya istinadən məlumat yayıb.

Editor.az xəbər verir ki, məlumata görə, ölkə universitetlərinə tələbələrin təxminən 2 faizinin ordu sıralarına qoşulmasına təşviq etmək tapşırığı verilib. Bildirilir ki, bu addım Rusiyanın Ukraynada davam edən müharibə fonunda hərbi qüvvələrini artırmaqda çətinlik çəkməsi ilə əlaqələndirilir.
Jurnalistin sözlərinə görə, belə bir göstəriş Rusiyanın elm və ali təhsil naziri Valery Falkov tərəfindən ölkənin aparıcı universitetlərinin rektorları ilə keçirilən görüş zamanı səsləndirilib.

Məsələ ilə bağlı rəsmi Kremlin tərəfindən hələlik açıqlama verilməyib.

//Samir Qurbanov, Editor.az