Medianın İnkişafı Agentliyində “MEDİA könüllüləri” ilə görüş keçirilib – FOTObackend

Medianın İnkişafı Agentliyində “MEDİA könüllüləri” ilə görüş keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gələrək dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və onların praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində könüllülərin cəlb olunması ilə bağlı müvafiq işlər görülür.

Belə ki, bununla bağlı Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbirdə könüllülərin iştirakına şərait yaradılmışdır.

Editor.az xəbər verir ki, avqustun 13-də isə Medianın İnkişafı Agentliyində “MEDİA könüllüləri” ilə görüş keçirilib. Görüşdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünya görüşünün genişlənməsində rolunu vurğulayıb, Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Qeyd olunub ki, gələcək layihələrdə də könüllülərin iştirakının təmin olunması nəzərdə tutulur.

Sonra Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbirin təşkilində fəal iştiraklarına görə Media könüllülərinə sertifikatlar təqdim edilib.