Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, qaraciyər sirozu olan xəstələrdə gərmə və meditasiya gecə əzələ kramplarını aradan qaldırmaq üçün təsirli üsuldur.
Editor.az xəbər verir ki, bu barədə Liver International jurnalında dərc edilən bir araşdırmada qeyd olunub.
Bildirilib ki, sirrozu olan xəstələrin üçdə ikisi gecə əzələ krampları yaşayır. Bu fəsad bu xəstəliyə tutulan insanların həyat keyfiyyətini aşağı salmaqla yanaşı, yuxu problemlərinə də səbəb olur. Alimlər dərmanlardan istifadə etmədən ağrıları aradan qaldırmağın təsirli və təhlükəsiz yollarını tapmağı qarşılarına vəzifə qoyublar. Bunun üçün onlar 98 xəstənin iştirakı ilə araşdırma aparıblar. Təcrübə zamanı bu fenomenlə mübarizənin iki üsulu sınaqdan keçirilib: meditasiya təcrübəsi və fiziki məşq – uzanma.
//Gülnarə Abasova, Editor.az