Medvedev Avropanın ABŞ-dan asılılığından danışıbbackend

Medvedev Avropanın ABŞ-dan asılılığından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ölkələrinin yaxın gələcəkdə ABŞ-dan asılılığından qurtulması mümkün görünmür.

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu KİV-ə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Siyasətçinin sözlərinə görə, amerikalılar bir sıra iqtisadi sahələri Avropadan “geri götürüblər” və regionun təhlükəsizliyini tam təmin etməyə başlayıblar. Bundan əvvəl Medvedev bildirib ki, Rusiya öz ərazisinə istənilən müdaxilədən qoruyacaq kordon yaratmalıdır.

Təhlükəsizlik Şurası sədrinin müavini qeyd etdiyi kimi, Rusiya öz maraqlarını tam təmin etməlidir.

//Gülnarə Abasova, Editor.az