Medvedev: “Krokus Siti”dəki terror aktında iştirak edənlər məhv edilməlidirbackend

Medvedev: “Krokus Siti”dəki terror aktında iştirak edənlər məhv edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Krokus Siti”dəki terror aktında iştirak edənlər “əzilməli” və onların liderləri məhv edilməlidir.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb. “Crocus City Hall” konsert zalında törədilən terror aktında iştirak edənlər “əzilmiş” olmalı və onların rəhbərləri fürsət düşən kimi aradan götürülməlidir. Medvedev “Krokus Siti”dəki terror aktının arxasında Ukrayna qurumları və ya məmurlarının dayandığına dair kifayət qədər dəlil əldə edilsə belə, heç kimin onları mühakimə etməyəcəyini, BMT-də bu məsələ ilə bağlı nəticənin əldə olunmasının real olmadığını bildirib: “Anqlosaksların Rusiyaya qarşı düşmənçiliyi və Təhlükəsizlik Şurasında veto hüququna görə BMT-də belə bir qətnamənin qəbul edilməsi qeyri-realdır”.

//Gülnarə Abasova, Editor.az