Medvedyev rusiyalılara ürək-dirək verir: həmin ərazilər yenidən Rusiyanın olacaq!backend

Medvedyev rusiyalılara ürək-dirək verir: həmin ərazilər yenidən Rusiyanın olacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rus ordusunun Xersondan geri çəkilməsindən rusların çaxnaşmaya düşməməli deyib və əmin edib ki, ilhaq edilmiş həmin ərazilər sonda Rusiyanın olacaq.

Editor.az bildirir ki, bu barədə o, Telegram-da yazıb. “Ölkəmizdə ərazi suverenliyi anlayışı heç bir halda itməyib. Hər şey evinə qayıdacaq. Rusiya Federasiyasına. Bütün qayğıkeş insanların həyəcanlanması (narahatlığı – red.) tamamilə başa düşüləndir, lakin isterika və həyəcan təbili çalınması yox”, – Medvedyev bildirb. O, həmvətənlərini “yaxın və uzaq düşmənə sevinc bəhanəsi” verməməyə və hamıya “rus dünyasının böyüklüyünü və hüdudsuzluğunu” daha tez-tez xatırlatmağa çağırıb.

  //Samir Qurbanov,Editor.az