“Megafun” əyləncə mərkəzində helium şarı partlayıb, 6 nəfər xəsarət alıbbackend

“Megafun” əyləncə mərkəzində helium şarı partlayıb, 6 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Megafun” əyləncə mərkəzində hadisə baş verib.

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonu A.Cəlilov 96 ünvanında yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində insident baş verib.

İlkin dəqiqləşdirilmiş məlumata əsasən, “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma olub, nəticədə 2 uşaq yanıq xəsarəti alıb.

Daha bir neçə nəfərin yüngül xəsarət alması ehtimal edilir.

Qeyd edək ki, hadisə nəticəsində heç bir yanğın baş verməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib ki, əyləncə mərkəzində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Hadisə nəticəsində 6 nəfər yüngül bədən xəsarətləri alıb, onlardan 2-si uşaqdır.

Faktla bağlı araşdırma aparılır.