“Megi” qasırğası nəticəsində Filippində ölənlərin sayı artıbbackend

“Megi” qasırğası nəticəsində Filippində ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində həftəsonu başlayan tropik “Megi” fırtınasının səbəb olduğu şiddətli yağış və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində torpaq sürüşmələrinin yaşandığı ölkədə indiyədək ən azı 148 nəfərin öldüyü, 100-dən çox insanın itkin düşdüyü açıqlanıb.

Bundan əlavə qasırğa səbəbindən evlərin çoxu dağılıb, əksəriyyəti isə yararsız vəziyyətə düşüb. Çoxlu sayda insanın dalğaların sürüklədiyi sahil bölgələrində və sürüşmənin baş verdiyi ərazilərdə axtarış işləri hələ də davam edir.

//Editor.az