“Məğlubiyyət olmayacaq” – Lukaşenkodan Qərbə nüvə mesajıbackend

“Məğlubiyyət olmayacaq” – Lukaşenkodan Qərbə nüvə mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun özünü prezident elan edən lideri Aleksandr Lukaşenko Rusiyanın Ukrayna ilə müharibədə məğlub olmayacağını iddia edib. O, belə bir ssenarinin “hər kəs üçün, xüsusilə də Qərb üçün baha başa gələcəyini” bildirib.

Time jurnalına verdiyi müsahibədə Lukaşenko bəyan edib ki, qarşılıqlı güzəştlər və “müdrik” danışıqlar nəticəsində Rusiya-Ukrayna müharibəsi dayandırıla bilər və “Moskva bir daha Ukrayna ilə müharibə aparmaq istəməz”. Eyni zamanda, o qeyd edib ki, Rusiya NATO ilə müharibə planlaşdırmır, “əgər onlar ağılsızlıq etməsələr”.

“Rusiyanın məğlubiyyəti olmayacaq. Bu, hamımıza, ilk növbədə sizə — okeanın o tayındakı insanlara çox baha başa gələr. Axı bu ölkənin dünyanın ən böyük nüvə arsenalı var. Ona görə də məğlubiyyət mümkün deyil. Olmayacaq! Amma Ukrayna məğlub ola bilər. Buna yol vermək olmaz. Gəlin indi razılaşaq”, – deyə Lukaşenko bildirib.

Belarus lideri həmçinin bildirib ki, cəbhədə vəziyyət dəyişə bilər və nəticədə təmas xətti Dnepr çayı boyunca keçə bilər, Rusiya qüvvələri isə Kiyevi ələ keçirə bilər.

Ekspertlər Lukaşenkonun bu bəyanatlarını Rusiya təbliğatının davamı və Qərbə qarşı nüvə təhdidi kimi qiymətləndirirlər.

//Samir Qurbanov, Editor.az