“MƏĞLUBİYYƏTƏ MƏHKUMUQ!” – Onlar da Putini savaşı bitirməyə çağırdıbackend

“MƏĞLUBİYYƏTƏ MƏHKUMUQ!” – Onlar da Putini savaşı bitirməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər tanınmış Kreml təbliğatçıları, “Z-bloqerlər” və hərbi ekspertlər kütləvi şəkildə müharibənin gedişindən narazılıq bəyanatları yayaraq, Vladimir Putindən müharibəni tezliklə bitirməsini tələb edirlər.

Rusiyada ən mötəbər hərbi hərbi ekspertlərdən biri kimi tanınan, Vladimir Solovyov başda olmaqla, bütün Kreml təbliğatçılarının proqramlarının daimi ekspert qonağı olan Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının rəis müavini Konstantin Sivkov son televiziya çıxışında açıq-aşkar məğlubiyyət anaonsu verib.

 

 

O deyib ki, Rusiya Qərblə iqtisadi yarışda məğlub olmağa məhkum olduğundan müharibənin bitməsi məsələsini həll etməlidir: “Qərbin iqtisadi potensialı Rusiyanınkından çox böyükdür və bu potensial artıq praktikada, yəni hərbi sahədə reallaşmağa başlayır. Bu iqtisadi yarışda məğlub olmağa məhkumuq. Məğlubiyyətə məhkumuq! Diqqət yetirin, bu gün(Ukrayna tərəfindən) hücum oldu, bu gecə 380 dron, dünən gecə isə 660 dron var idi. Və bu dronların sayı artacaq. İndi müharibəyə son qoymaq problemini həll etməliyik. Müharibəyə iki yolla son qoymaq olar: ya Qərbin bizi sürüklədiyi utancverici bir sülhlə, ya da strateji hücum əməliyyatı və qəti qələbə ilə. Açıq görünür ki, ikinci varianta bizim rəhbərlər siyasi səbəblərdən hazır deyil. Birinci variant üzərində isə belə görünür ki, iş gedir”.

Qeyd edək ki, müharibənin ilk günlərində K.Sivkov “Kiyev Üç Günə” meminin əsas müəllifi sayılırdı. O, həm özü inanır, həm də hamını inandırırdı ki, rus qoşunu Kiyevi bir neçə gündə işğal edəcək. Ancaq müharibənin gedişi çoxları kimi, onun da baxışlarını dəyişdi və əvvəlki optimizmdən əsər-əlamət qalmadı.

Əlavə edək ki, Sivkov Rusiyada ən nüfuzlu hgərbi ekspertlərdən sayılır. O, hərbi politoloq və strateq, Hərbi elmlər doktoru, Geosiyasətçilər İttifaqının sədri, Hərbi Elmlər Akademiyasının həqiqi üzvü, dörd monoqrafiya və 200-dən çox məqalənin müəllifidir.

“Əsgərlərin 80-90 faizi cəbhəyə çatmamış həlak olur”

Rusiyalı tanınmış “hərbi müxbir” Aleksandr Kots da kəskin bəyanatla çıxış edib. O deyib ki, komandanlıq rus əsgərlərini qırğına göndərir, çünki Ukrayna PUA-ları onları təmas xətti boyunca məhv edir.

Onun sözlərinə görə, Rusiya ordusunda statik mövqe durğunluğunu aradan qaldırmaq üçün “texnoloji həllər çatışmır”.

 

Başqa bir tanınmış rus “hərbi müxbiri” Yuri Kotenok deyib ki, Rusiya ordusunun itkilərinin 80-90 faizi əsgərlər hələ döyüş mövqelərinə çatmamış baş verir: “Hücum əməliyyatları üçün ehtiyatların hər hansı bir təchizatı və onları toplamaq cəhdləri, yumşaq desək, problemli və əksər hallarda tamamilə qeyri-mümkün hala gəlir. Bu rəqəmləri nəzərdən keçirin – şəxsi heyətin itkilərinin 80-90%-i cəbhə xəttinə çatmamış baş verir. Yəni, 10 əsgərdən 8-i və ya 9-u düşmənlə heç vaxt döyüşmədən, hətta onları görmədən yolda həlak olur. İtkilərin əksəriyyəti Ukrayna birləşmələrinin kütləvi şəkildə istifadə etdiyi FPV dronları səbəbindən baş verir. Nəticə: itkilərin sayının xeyli artması, donmuş cəbhə xətti”.

“Onlarla ayaqlaşa bilmirik”

Kreml tərəfdarı olan başqa bir tanınmış hərbi ekspert və “Z-bloqer” Yuri Podolyaka deyib ki, Rusiya ordusunun planlaşdırdığı yay hücumu, Ukraynanın texnoloji irəliləyiş əldə etməsi səbəbindən uğursuzluğa düçar olacaq.

 

 

 

 “Təəssüf ki, biz onlarla ayaqlaşa bilmirik. Düşünürəm ki, onların 2026-cı ildə sağ qalmaq üçün kifayət qədər yaxşı şansları var. Üstəlik, düşmənin müqavimətini necə qıra biləcəyimizi, cəbhəni necə yara biləcəyimizi və onları necə darmadağın edə biləcəyimizi görmürəm… Düşmənimiz çox ciddidir. Onlar çox tez, bizdən daha tez öyrənirlər. Onlar müasir döyüş üçün yeni taktikalar və strategiyalar hazırlayırlar ki, hətta NATO da indi Ukrayna Silahlı Qüvvələrinin mübahisəsiz liderliyini qəbul edərək onlardan öyrənir. Onlar bizdən qabaqdadırlar…”, – deyə, o bildirib.

Kremlyönlü “Komsomolskaya Pravda” qəzetinin hərbi müxbiri Qriqori Kubatyan isə “Telegram” paylaşımında Rusiya elitasında müharibə ilə bağlı vahid mövqenin olmamasını qeyd edib

Bu arada “New York Post” qəzetinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri son dörd gün ərzində 6000-dən çox Rusiya əsgərini öldürüb və bununla da müharibənin gedişatını dəyişib.

Nəşrin yazdığına görə, Ukrayna hərbi innovasiyaları sayəsində cəmi dörd gün ərzində Rusiya qoşunlarının kütləvi hücumlarını dəf edə və 6000-dən çox hərbçini məhv edə bilib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski isə “Facebook” səhifəsində Rusiya qoşunlarının son günlərdə bir neçə istiqamətdə 619 hücum həyata keçirdiyini, lakin Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yara bilmədiyini söyləyib. Sırskinin sözlərinə görə, intensiv hücumların dörd günü ərzində Rusiya hərbçilərinin itkiləri 6090 nəfəri keçib. Müdafiə Qüvvələri həmçinin xeyli miqdarda texnika və silahı məhv edib.

Beləliklə, müharibə dalana dirənib. Bunu artıq qatı müharibə tərəfdarları və Kremlin təbliğatçıları da etiraf edirlər. Bircə Vladimir Putin hər gün yüzlərlə, minlərlə insanın həlak olması və yaralanmasından başqa heç nə verməyən qanlı savaşı bitirmək niyyətində görünmür…