Məhbuslar həbsxanadan qaçdıbackend

Məhbuslar həbsxanadan qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviyanın paytaxtı Tripolinin şərqindəki Tajura şəhərindəki həbsxanadan məhbuslar qaçıb.

Bu barədə paytaxt vilayətinin məhkəmə polisi məlumat yayıb. Mayın 14-nə keçən gecə isə şəhərdə yenidən toqquşmalar başlayıb: “Əl-Cudeyda həbsxanasının yaxınlığında və qarşısında şiddətli toqquşmalar nəticəsində məhbuslar arasında çaxnaşma yaranıb.

“Çox sayda məhbus həbsxanadan qaçıb”, – Tripoli məhkəmə polisinin bəyanatında deyilir.
Bundan əvvəl Liviya mediası milli birlik hökumətinin şəhərin cənubunda və mərkəzində həbsxanalar və qərargahlara nəzarəti bərqərar etmək cəhdləri barədə məlumat yayıb.

BMT-nin Liviyadakı Dəstək Missiyası (UNSMIL) Tripolidə vəziyyətin gərginləşməsindən narahatlığını bildirib və bütün tərəfləri döyüşləri dayandırmağa çağırıb.

//Samir Qurbanov, Editor.az