Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol kənarında düzülən şəhid şəkilləri olan plakatlar sökülüb.
Pravda.az-ın xəbərinə görə, bu barədə Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli məlumat verib.
A.Həmidli deyib ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova digər icra başçılarından “geri qalma” prinsipi ilə hərəkət edib: “İradə xanım bu cür hərəkətlərlə nə əldə edirsiniz? O şəxslər vətən yolunda canlarından keçiblər. Siz hər gün onların ailələri ilə maraqlanmalısınız. Valideynlərini ziyarət etməlisiniz. Onların problemi ilə maraqlanmalısınız. Amma sizin etdikləriniz heç bir ağıla sığmır. Həqiqətən onların şəhid olmasına bu cürmü dəyər verirsiniz? Əfsuslar olsun… Bu qərarı verənlər cəzasını bir gün alacaq. O gün çox uzaqda deyil!”
Abşeron Rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.


