Məhəmməd Salah “beşlik”dəbackend

Məhəmməd Salah “beşlik”də

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 90 və daha çox qol vuran 5-ci afrikalı olub.

Editor.az apasport.az-a istinadla bildirir ki, misirli hücumçu XXI turun “Vest Hem”lə görüşündə dubla imza ataraq qol sayını 90-a çatdırıb.

Onadək yalnız 4 afrikalı bunu bacarıb. Rekord Didye Droqbaya məxsusdur – 104 qol.

Emanuel Adebayor 97, Yakubu Ayeqbeni 95, Sadio Mane 91 dəfə fərqlənib. Hazırda Salahın komanda yoldaşı olan sonuncu da qol sayını artırmaq imkanına malikdir.