Məhərrəm İncə haqqında montaj videogörüntülər yayan CHP-li həps edildibackend

Məhərrəm İncə haqqında montaj videogörüntülər yayan CHP-li həps edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məmləkət” Partiyasının sədri və prezidentliyə namizəd Məhərrəm İncənin 7 partiyalı koalisiyanın prezidentliyə namizədi Kılıçdaroğlunun lehinə geri çəkilməsinə səbəb olan mantaj kaset və saxta qəbz “sui-qəsdi”nin araşdırılmasında irəliləyiş baş verib.

Editor.az “Sabah” qəzetinə istinadən bildirir ki, İncəyə aid olduğu iddia edilən görüntülərin sosial şəbəkədə yayımlanmasından sonra Ankara Respublika Baş Prokurorluğu tərəfindən rəsmi istintaq başladılıb. Həbs edilən 14 şübhəli prokurora ifadə verib.

Onlardan biri sərbəst buraxılarkən, 13 şübhəli ədliyyəyə sövq edilib. Hakim 12 şübhəlinin məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verərkən, qaçaq FETÖ üzvü Cevheri Güvənin Whatsapp qrupunda paylaşdığı görüntüləri yayan CHP Şişli Gənclik Təşkilatının keçmiş məmuru Ozan Özgür Doğru həbs edilib. CHP-dən olan Ankara Böyükşəhər Bələdiyyəsinin memarı Vəli Koçak ev dustaqlığına buraxılıb. Digər tərəfdən, “Ankara quşu” kimi tanınan qaçaq Oktay Yaşar da saxlanılıb.

//Samir Qurbanov,Editor.az