Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncə NTV telekanalının canlı efirində dövlət başçısı postu uğrunda mübarizədən geri çəkildiyini açıqlayıb.
Cənab İncə bu qərarı ona qarşı çoxsaylı təxribatlarla əlaqələndirib. “Mən 40 ildən artıqdır ki, siyasətdəyəm, lakin bu illər ərzində son 45 gündə baş verənləri görməmişəm. Saxta çeklər, saxta videolar… Mənim şəklim İsrail porno saytında yerləşdirilib.
Nə polis, nə də prokurorluq araşdırma aparmır. Bu böhtandır. Türkiyə dövləti mənim reputasiyamı qoruya bilmədi”, – İnce bildirib. Siyasətçi tərəfdarlarını parlament seçkilərində namizədliyini irəli sürdüyü “Məmləkət” Partiyasına səs verməyə çağırıb.
//Samir Qurbanov,Editor.az