Məhərrəm İncə Türkəyə müxalifətini parçaladıbackend

Məhərrəm İncə Türkəyə müxalifətini parçaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müxalif siyasi qüvvələri Rəcəb Tayyib Ərdoğana qarşı vahid cəbhədə birləşə bilmədi. Müxalifət partiyalarından iki populyar namizəd eyni anda seçkilərə qatılacaq.

Editor.az bildirir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat verib. Məlumata görə, “Memleket” partiyasının lideri Məhərrəm İncə “Millət İttifaqı” blokundan namizədliyi irəli sürülmüş Kamal Kılıçdaroğlunun xeyrinə namizədliyini geri götürməkdən qəti şəkildə imtina edib.

Qəzetin yazdığına görə, Məhərrəm İncənin həmin uğuru təkrarlamaq şansının demək olar ki, olmamasına baxmayaraq, o hesab edir ki, tərəfdarlarını ruhdan sala bilməz və kampaniyada iştirakdan imtina edə bilməz.

Türkiyə müxalifətinin bir çox nümayəndəsi Məhərrəm İncəni seçkilərdən namizədliyini geri götürməyə çağırıb. Müxalifətçilər İncənin Kamal Kılıçdaroğlunun ilk turda qalib gəlməsinə mane ola biləcəyindən və onun səslərinin bir hissəsini əlindən ala biləcəyindən ehtiyat edirlər. Qeyd edək ki, Türkiyədə prezident seçkiləri mayın 14-nə təyin edilib.

  //Samir Qurbanov,Editor.az