Məhərrəmlik bitdiyinə görə toyların başlaması yoluxmanı artıracaq – İnfeksionistbackend

Məhərrəmlik bitdiyinə görə toyların başlaması yoluxmanı artıracaq – İnfeksionist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Universitetlər, məktəblər, uşaq bağçaları açılıb. Məhərrəmlik bitəndən sonra isə toylar başlayacaq. Həmçinin də havalarsoyuyub. Bunun müqabilində koronavirusa yoluxma hallarında artma müşahidə oluna bilər”.

Editor.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə bildirib.

“İndiyə qədər hansı tədbirlərdən istifadə etmişiksə, bundan sonra da həmin tədbirlər görülməlidir, profilaktik tədbirlərə əməl olunmalıdır. Əllər dezinfeksiya olunmalı, maska taxılmalı, sosial məsafə gözlənməlidir. Xüsusən qapalı yerlərdə ehtiyatlı olmaq lazımdır. Bir də vaksinasiya vacibdir”.

Həkim həmçinin əhaliyə buster (3-cü) doza vurdurmağı tövsiyə edib:

“Tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar, risk qrupuna daxil olan şəxslər mütləq qaydada buster doza vurdurmalıdırlar. Hətta yaşı 65-dən aşağı olanlara da əgər yanaşı xəstəlikləri varsa, buster doza mütləq tətbiq olunmalıdır”.

Qeyd edək ki, Azərbaycanda artıq bir neçə gündür koronavirusa yoluxma hallarında artım müşahidə olunur. /medicina.az