Məhərrəmlikdə toy ƏMƏLİYYATI: 185 nəfər…backend

Məhərrəmlikdə toy ƏMƏLİYYATI: 185 nəfər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Editor.az -a verilən xəbərə görə, monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
– 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.