Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib – FOTObackend

Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib.

Bu barədə M.Əliyeva “Instagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”