Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib – FOTObackend

Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib.

Editor.az ın məlumatına görə, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında paylaşım edib.

“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!”.