Mehriban Əliyeva Zelim Kotsoyevi qızıl medal qazanması münasibətilə təbrik edibbackend

Mehriban Əliyeva Zelim Kotsoyevi qızıl medal qazanması münasibətilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Editor.az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

“İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”, – paylaşımda bildirilib.