Məkkəyə gedən avtobus qəzaya düşdü: Xeyli sayda ölü və yaralı varbackend

Məkkəyə gedən avtobus qəzaya düşdü: Xeyli sayda ölü və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında baş verən avtobus qəzası 20 nəfərin həyatına son qoyub.

Editor.az “Əl-İxbariyyə” telekanalına istinadən xəbər verir ki, daha 29 nəfər yaralanıb. Avtobus Xamis Muşeit əyalətindən Məkkəyə gedirmiş.

İlkin məlumata görə, nasazlıq səbəbindən o, başqa bir avtomobillə toqquşaraq aşıb və yanıb. Yaralılar Asir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarətlərin əksəriyyəti yanıq xəsarətləridir.

//Samir Qurbanov,Editor.az