ABŞ-dan deportasiya edilən qeyri-qanuni mühacirlərin son deportasiya nöqtəsi halına gələn Meksika immiqrantların Meksika əvəzinə vətəndaşlıq ölkələrinə geri göndərilməsini təmin etməyə çalışacaqlarını bildirib.
Editor.az xəbər verir ki, mətbuat konfransında Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ-a qeyri-qanuni mühacirlərin girişinə Meksika sərhədini müvəqqəti bağlayan prezident fərmanının imzalanmasını qiymətləndirib. Obrador bildirib ki, ABŞ Meksikadan olmayan qeyri-qanuni mühacirləri deportasiya etmək qərarına gələrsə, onlar bu insanların Meksikaya deyil, birbaşa vətəndaşı olduqları ölkələrə göndərilməsini ehtiva edən razılaşma axtarırlar.
ABŞ-dan deportasiya edilən qeyri-qanuni mühacirlərin Meksikaya göndərilməsi ilə bağlı heç bir problem yaşamadıqlarını ifadə edən Obrador deyib: “Bizim bununla bağlı bir problemimiz yoxdur. Hamısına çox yaxşı yanaşırıq, amma niyə razılaşma olmasın. Onların birbaşa göndərilməsi üçün?”.
Qeyd edək ki, ABŞ prezidenti Joe Biden iyunun 4-də ABŞ-Meksika sərhədini qeyri-qanuni mühacirlərin girişinə müvəqqəti bağlayan prezident fərmanını imzalayaraq Respublikaçılar və Demokratlar arasında ən mühüm müzakirələrdən biri olan sərhəd təhlükəsizliyi mövzusunda bu günə qədər ən diqqətçəkən addımı atıb. Sərəncamda qeyd olunur ki, son aylarda gündəlik 2500 keçiddən yuxarı həddi keçdiyi üçün sərhəddən qanunsuz keçidlərin dərhal dayandırılması və sərhədçilər qeyri-leqal mühacirləri deportasiya edəcəklər.
//Gülnarə Abasova, Editor.az